!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəssisə rəhbərinə qarşı 155 min manatlıq dələduzluq edilib

!Reklam – Yazi

Stack of money in business concept

Bakıda boya istehsal edən müəssisənin rəhbərinə qarşı dələduzluq edilib.

Yeniçağ.Az-ın “Report”a istinadən verdiyi məlumata görə, Xətai rayonu Nobel prospektində yerləşən “Yurd-F” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru 1972-ci il təvəllüdlü Qasımov Mehdi Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək ona qarşı dələduzluq edildiyini bildirib.

M.Qasımov qeyd edib ki, 2016-ci il yanvar ayında satış meneceri 1987-ci il təvəllüdlü Səbuhi Atayev 155 382 manat dəyərində boya məhsullarını sataraq pulunu mənimsəyib.

Qeyd edək ki, boya müəsisəsi 1991-ci ilin oktyabrında “YURD” kiçik müəsisəsi kimi fəaliyyət göstərib. 2011-ci ildən etibarən “Yurd-F” MMC kimi fəaliyyətini davam etdirir.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Yeniçağ.Az

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv