“Biz Qarabağdakı tərəfdaşlarımızla daimi təmasdayıq”.
Yenicag.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında çıxışı zamanı deyib.
O, qeyd edib ki, Qarabağdakı tərəfdaşlarla bu gün səhər müzakirələr aparılıb: “Müzakirələr nəticəsində deyə bilərik ki, vəziyyətin müsbət dəyişməsinə müəyyən ümidlər var”.
Paşinyan qeyd edib ki, Qarabağ sakinləri öz evlərinə qayıtmaq üçün real imkan əldə edə bilərlər: “Bu gün Qarabağa daha böyük humanitar yardımların daxil olacağı istisna edilmir. Daha ətraflı deyə bilmərəm, çünki müəyyən razılaşmalar var ki, onların icrasına indidən başlanmalıdır. Başlanacaq, ya yox, onu deyə bilmərəm. Amma aydındır ki, razılaşmalar var”.