!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müflis olan banklardakı hansı əmanətlər geri qaytarılmayacaq? - İqtisadçıdan XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Bankda 15 min manat əmanəti olan və 3 min manat divident hesablanan, ancaq faizləri götürməyən şəxsin qorunmayan əmanəti geri qaytarılmır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri iqtisadçı Vüqar Bayramov müflis olan banklarda əmanətlərin qaytarılması qaydalarını şərh edərkən deyib.

İqtisadçının sözlərinə görə, faizlərlə birlikdə vətəndaşın ümumi əmanəti 17 min manatdan çoxdursa, bu halda onlara kompensasiya ödənilmir:

“Bəzi vətəndaşımız bankda 15 min manat yerləşdirib və onun əmanətinə 3 min manat divident hesablanıb və vətəndaşa olan cəmi ödənilməli məbləğ 18 min manat olub. Həmin vətəndaş faizləri götürmədiyi üçün bank müflis olan zaman ona olan borc 17 min manatdan çox, yəni 18 min manat olub. Sığortalanmayan əmanətlərin qaytarılması ilə bağlı qaydalarda borc əsas məbləğ və faizlər üzrə fərqləndirilmədiyi üçün kompensasiya bankın vətəndaşa olan ümumi borcuna tətbiq olunur. Bu, o deməkdir ki, 15 min manat əmanəti olan və 3 min manat divident hesablanan, ancaq faizləri götürməyən şəxsin qorunmayan əmanəti geri qaytarılmır”.

Əmanət 10 min dollardan çox olan halda bankın vətəndaşa olan ümumi borcu deyil, əsas əmanət məbləği nəzərə alınmalıdır:

“Kreditlərə kompensasiya verilən zaman qalıq məbləğin əsas götürüldüyünü nəzərə alaraq, qorunmayan əmanətlərdə də məbləğ 17 min manatdan çox olduğu halda, əsas məbləğə əsasən, ödəniş həyata keçirilməsi daha məqsədəuyğun olar. Bu halda dividentlər ilə ümumi alacaqları 17 min manatdan çox olan vətəndaşlarımız da kompensasiya ala biləcəklər.

Məbləği 17 min manatdan az olan üçün əsas borc meyar olaraq götürülə bilər. Bu baxımdan, CESD qorunmayan əmanətlərin qaytarılması zamanı məbləği 17 min manat və ya 10 min dollardan çox olan hallarda bankın vətəndaşa olan ümumi borcuna deyil, əsas əmanət məbləğin nəzərə alınmasını təklif edir. Bu o deməkdir ki, ümumi alacağı 18 min manat olan, amma əsas məbləği 15 min manat olan vətəndaşımızın da müflis olan bankdakı qorunmayan əmanətinin qaytarılmasına ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

3325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv