Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsi final həftəsini yaşayır.
Mart ayının 12-də başlayan müsabiqə 13 həftə davam etdi və çətin mübarizədən sonra, nəhayət, 7 finalçı ilə seçimlərə yekun vuruldu.
Bu həftələr ərzində bir-birindən istedadlı gənc xanəndələr gözəl çıxışlar edərək xatirələrdə qaldılar. Finala qalan 7 nəfər isə Respublikamızın Xalq artistləri, əməkdar artistləri tərəfindən qiymətləndirilən gənc xanəndələrdir. İyunun 15-də Heydər Əliyev Mərkəzində final konserti baş tutacaq.
Nəticələrə, münsiflərin rəyinə və ifalara əsasən finalistlərin İlahə Rüstəmova və Murad Rüstəmzadənin olacağı gözlənilir. Müsabiqə iştirakçılarına uğurlar arzulayır və nəticələrini sizə təqdim edirik:
1. İlahə Rüstəmova – 795
2. Murad Rüstəmzadə – 794
3. Vəliş Mirzəyev – 794
4. Xəyal Hüseynov – 793
5. Zülfiyyə Cəbrayılzadə -792
6. Rəvan Qaçayev – 791
7. Faiq Əkbərov – 788