Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Muğam müsabiqəsinin münsifləri bəlli oldu

“Hər müsabiqəmizdə tamaşaçılarımıza yeni səslər təqdim edirik. İşin maraqlı tərəfi də budur. Hər dəfə biz elə düşünürük ki, görəsən, yenə də yeni səslər gələcəkmi?

Amma Azərbaycan xalqının potensialı o qədər böyükdür ki, bu il əvvəlkilərindən daha fərqli ifa tərzinə sahib olan gəncləri görürük. Müsabiqəyə bu il ötən dəfəkindən daha çox iştirakçı qatılmışdı. Respublika üzrə haradasa, 400-dən çox ifaçıya qulaq asmışıq. Onların içindən turları adlaya-adlaya ilk iyirmiliyi seçmişik. Aralarında çox gözəl səs sahibləri var. İyirmilik müxtəlif yaş qruplarında olan 10 qız, 10 oğlan iştirakçıdan ibarətdir”.

Yeniçağ.Az-ın məlumatına görə, bunu açıqlamasında “Muğam televiziya müsabiqəsi”nin münsiflərindən olan xalq artisti, xanəndə Mənsum İbrahimov bildirib.

Qeyd edək ki, bir neçə gün bundan öncə “Muğam 2017” VI “Muğam Televiziya Müsabiqəsi”nin seçim turları başa çatıb və ölkənin müxtəlif yerlərindən 20 iştirakçı əsas mərhələyə vəsiqə qazanıb.

VI “Muğam televiziya müsabiqəsi”nin iştirakçıları bunlardı:

Almaxanım Əhmədli, Nərgiz Nuriyeva, Gülər Babayeva (Bakı), Arzu Mahmudova (Ağcabədi), Atlas Mehdiyeva (İmişli), Rəvanə Əmiraslanlı (Gəncə), Səma Sultanova (Xocavənd), Nüşabə Kərimova (Zəngilan), Türkan Orucova, Çinarə Alıyeva (Sumqayıt), Məcid Asri (İran İslam Respublikası), Pərviz Qasımov, Valid Abdullayev, Vüsal Cəfərov (Ağdam), Məftun Məmmədov (Zərdab), Fərhad Ramazanov (Lənkəran), Mirəli Sarızadə, Taleh Hüseynli (Beyləqan), Nurlan Namazov (Goranboy) və Qənbər Axundov (Laçın) müsabiqəyə vəsiqə qazanıb.

Xatırladaq ki, mərhum xalq artisti Ağaxan Abdullayev vəfat etdiyindən “Muğam televiziya müsabiqəsi”nin münsiflər heyətində bir yer boşalmışdı.

Artıq mərhum Ağaxan Abdullayevi münsiflərdə kimin əvəz edəcəyi dəqiqləşib. Bu, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi olacaq.

Ondan başqa münsiflər heyətində xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və “Mədəniyyət” telekanalının direktor müavini Nadir Axundov təmsil olunacaq.

www.yenicag.az

648