!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Muğamımızın sədaları erməni vətəndaşlarımızın yaşadığı Xankəndində də eşidiləcək" - Elməddin Behbud yazır

!Reklam – Yazi

Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı və bütövlükdə Qafqazın konservatoriyası olan Şuşada erməni işğalı səbəbindən yaranan uzun fasilədən sonra bu gün “Xarıbülbül” musiqi festivalı yenidən başlayır.

Bu, Lələtəpədən Arazboyu uzanan vətən torpaqlarına boylanmağı tutya sayan xalq, 28 il dünyasını dəyişən yaxınlarının məzar yeri kimi doğma yurdunu vəsiyyət etdiyi insanlar üçün sözlə ifadə olunmayacaq dərəcədə böyük xoşbəxtlikdir. İndi nəinki azərbaycanlılar, cəmi 200 il öncə başqasının torpağında məskunlaşdırılan və sonra özgənin torpağını özününküləşdirməyə çalışan ermənilər də yaxşı dərk edir ki, bu, musiqi hadisəsindən çox tarixi hadisədir. Cəmi bir il öncə etdiyi səfehliyin özünə və idarə etdiyi topluma nələrə başa gələcəyini hesablaya bilməyən dumanlı başlardan ötürülən impulsiv əmrlə murdar ayaqların rəqs hərəkətləri etdiyi Cıdır düzündə bu gün yenidən “Xarıbülbül” musiqi festivalının keçirilməsi həm də tarix yaradan hadisədir… Bəli, tarixi yaradanların hadisəsi! Biz hazırda necə dəyərlər yaralarımızı sarıyıb qaldığımız yerdən davam edirik… Dünyaya yeni gözlə baxmağa, firavan həyatımıza, xoşbəxt yaşayışımıza, bütün varlığımızla, ruhən sevinməyimizə və həm də Şuşalı günlərimizə…

Musiqi festivalının başlaması xəbərini alan kimi bilirsiniz ilk olaraq nəyi xatırladım? Ötən il noyabrın 10-da ermənistan dövləti adından kapitulyasiya sənədini imzalayan Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 2019-cu ilin dekabrın 4-də İrəvanda “Qadınların sülh təsbit etməkdə rolu: imkanlar və çağırışlar” adlı konfransdakı erməni həyasızlığının və əxlaqsızlığının hüdudsuzluğunu göstərən sərsəmləməsini… Anna Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xitabən bildirmişdi ki, onun Cıdır düzündə yenidən muğama qulaq asmaq “arzusuna çatmağın yeganə yolu var”: “Bu yol sülh, Arsaxla xoş qonşuluq münasibətləri və qonaq kimi qarşılıqlı səfərlərdir”.

Bu qarabasmadan cəmi 296 gün sonra Anna və Nikol başda olmaqla ermənilərin qulağı yalnız bir səs eşitməyə başladı: “Harop” və “Bayraqdar”ın səsini!

Bu gün müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin misilsiz siyasi iradəsi, nəticəyə son dərəcə dəqiq hesablanmış strategiyası və Azərbaycanın qəhrəman Ordusunun (Şəhidlərimizin ruhu qarşısında baş əyirəm!) fövqəladə igidliyi sayəsində Cıdır düzündə Azərbaycan muğamı səslənir. İndi Şuşada təbiətin gözəlliyi Azərbaycan mədəniyyətinin bu təkrarsız nümunəsinin sədaları ilə həmahənglik təşkil edir. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başda olmaqla yüzlərlə soydaşımız “Xarıbülbül” musiqi festivalında bir-birindən əsrarəngiz muğam ifaları dinləyir.

Və güman ki, muğamımızın sədaları erməni vətəndaşlarımızın yaşadığı Xankəndində də eşidiləcək. Bəli, muğam səsi… Əgər onlar nə zamansa muğam səsi dinləmək istəməsələr anlamalıdırlar ki, eşidəcəkləri səs muğam qədər estetik olmayacaq… “Harop”un və “Bayraqdar”ın səsi kimi!

www.yenicag.az

454
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv