!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Müğənni ilə tikinti şirkəti arasında PUL QALMAQALI - İşə polis qarışdı

!Reklam – Yazi

Müğənni Rahidə Baxışova tikinti şirkətlərindən biri tərəfindən aldadılıb və külli miqdarda pulları mənimsənilib.

Yenicag.az xəbər verir ki, ev tikmək üçün müqavilə imzalayan, pul ödəyən müğənni dələduzluqla üzləşib.

“Neçə müddət idi depressiyadaydım, böyük bir stress yaşadım. Özümü bağışlaya bilmirəm ki, necə oldu bu insana inandım. Ətrafımda ailəm, qohum-əqrəbam, dostlarım var, bu həyatda tək deyiləm. İnsanı aldatmaq olmaz. Dövlətimizə, onun qanunlarına inanıram. İnanıram ki, haqq-ədalət yerini tapacaq.

O, həmin şirkətin sahibini polisə verib:

“Çalışdım ki, bunu öz aramızda həll edək. Telefonlarıma cavab vermədi, ofisinə getdim, tapa bilmədim, axırda məcbur olub, hüquq mühafizə orqanlarına müraciət etdim”.

Müğənni açıqlamasında onu da bildirib ki, həmin şirkətlə bağladığını müqaviləyə əsasən dörd ay müddətinə işi təhvil alacaqmış.

Rahidə Baxışova bu açıqlamanı ARB-nin “Hüseynova bacıları” verilişində verib.

Nehru

www.yenicag.az

2580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv