Reklam

Reklam

Çoxdandır görünməyən Lalə və Nurkan cütlüyü tədbirlərin birinə qoşa qatılıb.

Fotokameramıza poz verən Nurkan Yenicag.az-a görünməmələrinin səbəbini də açıqlayıb. O, həmçinin bir il əvvəl barəsində yayılan şayiələrə də aydınlıq gətirib:

“İkinci uşaq doğulandan sonra bir qədər kənara çəkildik. Qüvvə toplayıb, yenidən irəli getmək üçün hazırlandıq. Həm də Lalənin atası rəhmətə gedəndən sonra çətin günlər yaşadıq. Həmin ərəfədə haqqımızda yayılan şayiələr də ona çox pis təsir etdi. O ərəfədə Lalə müqavilə bağlamışdı, Qəbələdə konsertimiz oldu. Hər kəs onu tənqid atəşinə tutdu ki, utanmır, atasının qırxı çıxmamış səhnədə oynayır-oxuyur. Mənim barəmdə də yazdılar ki, guya türk deyiləm, hamını aldatmışam. Biz o ərəfədə susduq, cavab vermədik. Bu şayiələri ailəmizə yaxın olan adamlar yaymışdı. İki dəfə susdum, açıqlama vermədim, amma üçüncü dəfə susmayacam, açıb hər şeyi danışacam. Daha bəsdir! Bütün sənədlərimi ortaya çıxarıb, həmin adamları yerlərində oturdacam. Hər kəs bilsin ki, bizim xoşbəxt ailəmiz var, 7 ildir ki, bərabərik və bu xoşbəxtliyimiz sonuna qədər davam edəcək”.

Lalə həyat yoldaşı barəsində yayılan şayiələrin əsassız olduğunu deyib:

“O vaxt ağızlarına gələni yazdılar. Amma biz heç kimə cavab vermədik. Çünki əsası olmayan xəbərlər idi. Nurkanla bizi ayırmaq istəyən o qədər insanlar var ki, hətta öz qohumlarım belə bizi boşatdırmaq istəyir. Hələ də elə bilirlər, biz ayrılacağıq”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11962
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.