Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Yenicag.az xəbər verir ki, sənətçi yazılanların həqiqətə uyğun olmadığını deyib.
“Boş-boş başınızı ağrıtmayın. Mənə heç bir şey olmayıb. Yalan məlumatlardır. Mənim üçün narahat olduğunuz üçün çox sağ olun. Evimdəyəm, Moskvadayam. Ayın 10-dan sonra da Azərbaycanda olacam. Heç bir problemim də yoxdur. Heç bir şey olmayıb. Evimdəyəm, ailəmləyəm”, – R. İsmayılova videomüraciətində bildirib.
***
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.
Qeyd olunub ki, Rəqsanə İsmayılova Rusiya İstintaq Komitəsinin Solntsevo istintaq şöbəsinə aparılıb. O, Daxili İşlər Nazirliyinin Moskva vilayətinin Solntsevo şəhəri üzrə Daxili İşlər İdarəsinin əməkdaşı Yelena Smirnovaya qarşı 2023-cü ildə açılan cinayət işində şahid qismində dindirilib.
İstintaqın versiyasına görə, İsmayılova Qurbanov soyadlı şəxsə Smirnovaya verməsi üçün 650 min rubla yaxın pul köçürüb və Qurbanov sübut olunmuş variant vasitəsilə ona yeni sənəd almağa kömək edib.
2 aprel 2023-cü ildə bu faktla bağlı cinayət işi açılıb və müğənni barəsində heç yerə getməmək barəsində qərar çıxarılıb.