Müğənni Türkan Vəlizadənin ögey bacısı ortaya çıxıb.
“Neçə illərdir bunu gizlətmişik…”
Yenicag.az xəbər verir ki, sənətçinin ata bir, ana ayrı ögey bacısı var imiş.
Türkan Kanal S-in “5 gün Mikayıl ilə” verilişində deyib. O, bunu hər kəsdən gizlətdiyini etiraf edib:
“Neçə illərdir bunu gizlətmişik, amma aramızda problem olmayıb. Elə ögey bacılar görmüşəm ki, bir-birləri ilə düşməndir. Amma biz mehribanıq. Bilirdim arayıb-axtarıb tapacaqlar, ona görə də özüm açıb deyim, bilsinlər. Bəlkə də atam, anam buna görə məndən inciyəcək. Amma bundan sonra Ləmanla biz bərabər efirlərdə, toylarda görünəcəyik. Hətta duet də oxuya bilərik”.
Fotonu təqdim edirik:
Nehru