Müğənni Zamiq Hüseynov ilk dəfə olaraq şəxsi həyatındakı yenilikdən danışıb. Sənətçı həyatında sevdiyi xanımın olduğunu bildirib.
Yeniçağ.az-a açıqlama verən müğənni toyunun media tərəfindən işıqlandırılmasının əleyhinə olduğunu da bildirib:
“Şəxsi həyat elədir ki, gizlin qalmağı sevir. Mən də bu barədə danışmaq istəmirəm. Amma etiraf edim ki, xoşuma gələn insan var. Amma bir-birimizi tanımaq üçün zaman lazımdır. Toyuma gəlincə, mediada olan dostlarım qonaq kimi iştirak edəcək. Amma toyumun efirdə, xəbər saytlarında işıqlandırılmasına icazə verməyəcəm. Bunu indidən deyim, biləsiniz”.
Cəvahir Səlimqızı
Yeniçağ.az
Foto: Cəmalə Əlizadə