“Onsuz da mənim mahnılarım sevilir, dinlənilir, öz auditoriyam var”.
Yenicag.az xəbər verir ki, bu sözləri sosial şəbəkələrdə “trend”ə çevrilmək təklifləri alan müğənni Mənzurə Musayeva deyib.
Sənətçi illərlə səhnədə olduğunu və pul müqabilində trendə düşməyə qarşı çıxdığını bildirib:
“Trend nəyimə lazımdır? Kimsə məni trendə görə sevirsə, qoy heç sevməsin. Çox olur belə təkliflər, zəng ediblər ki, ay Mənzurə xanım, yeni mahnın çıxıb, gəl trendə salaq. Özü də pulla. Deyiblər, pul ver, izləyicini bir milyon edək.
Onsuz da mənim mahnılarım sevilir, dinlənilir, öz auditoriyam var. Məni sevən elə “trend”siz də sevəcək. Niyə buna görə pul xərcləməliyəm? Belə şeylərə ehtiyacım yoxdur”.
Cəvahir