Türkiyənin məşhur müğənnisi Demet Akalın sosial şəbəkədə paylaşdığı foto ilə müzakirə obyektinə çevrilib.
Yenicag.az xəbər verir ki, müğənni ABŞ-dan aldığı “Yves Saint Laurent” brendinə məxsus uzunboğaz çəkmələrinə 33 min TL (təxminən 16 min manat) ödəyib. Demetin çəkmələrini alüminium falqaya da, qaz turbasına da bənzədən oldu.
Svarovski qaşlarla bəzədilmiş “YSL” çəkmələrinin qiyməti isə 8 min avrodur.