“Beşiktaş”ın serbiyalı futbolçusu Duşko Toşiç həyat yoldaşı, müğənni Yelena Karleusaya avtomobil hədiyyə edib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı müğənni avtomobilin qarşısında poza verərək çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb.
O, fotoya “Təşəkkür canım” yazmağı da unutmayıb.
Avtomobilin qiymətinin təxminən 100 min dollar olduğu bildirilir.