Muğlada meşə yanğını başladı: Helikopterlər cəlb olundu – YENİLƏNDİ

Türkiyənin İzmir şəhərində də meşədə yanğın başlayıb.

Bu barədə Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, yanğın hadisə Alaçatı ərazisində qeydə alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

*** 15:05

 

Türkiyənin Muğla şəhərində meşə yanğını başlayıb.

Yenicag.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Datça vilayətində qeydə alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Prosesə helikopterlər də cəlb olunub.

Hadisənin səbəbi hələ ki məlum deyil.