Muğlada meşə yanğını başladı

Türkiyənin Muğla bölgəsinin Ortaca rayonunda meşəlik ərazidə yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, yanğınsöndürənlər havadan və qurudan müdaxilə ilə yanğını nəzarət altına almağa çalışırlar.

Bildirilir ki, yanğın Təpəarası məhəlləsindəki meşəlik ərazidə naməlum səbəbdən baş verib.

Muğla Meşə Region İdarəsi və xilasetmə qrupları bölgəyə sövq edilib.