!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı - FOTOLAR

!Reklam – Yazi

Almaniyada siyasi sığınacaq almaq üçün hazırlanan saxta sənədlərlə bağlı beynəlxalq skandal davam etməkdədir.

Yenicag.az xəbər verir ki, alman hökumətinin həbs və bir qrup mühacirin deport qərarından sonra ortya yeni faktlar çıxmaqdadır. Müsavat Partiyasının rəhbərliyi bu prosesdə iştirak etmədiyini bildirsə də, elə partiyada təmsil olunan bir qrup ictimai fəal əslində mühacir biznesinin uzun illərdir davam etdiyini açıq şəkildə bildirirlər.


Partiya rəhbərliyinin qeyri-səmimi olduğunu ortaya çıxan sənədlər də təsdiqləyir. Məsələn, Müsavat Partiyası mərkəzi aparatının rəhbəri Gülağa Aslanlının imzası ilə Almaniya hökumətinin rəsmisinə ünvanlanmış bu məktubda Hikmət Kazımlı adlı şəxsə mühacir statusu verilməsi üçün qeyd olunanlara diqqət yetirin:

“Bildirirk ki, Hikmət İlyas oğlu Kazımlıya Müsavat Partiyası tərəfindən verilən 23.11.2015-ci il tarixli sənəd və 25087 saylı Müsavat Partiyasının vəsiqəsi həqiqidir və Hikmət Kazımlı həqiqətən də 10.11.2014-cü il tarixdən Müsavat Partiyasının üzvüdür.

Onu da qeyd edirəm ki, sənəd imzalanandan sonra H.İ. Kazımlı barəsində Müsavat Partiyasına Almaniya dölətinin hər hansı strukturundan heç bir rəsmi sorğu daxil olmayıb.

Siyasi baxışlarına görə hazırda Azərbaycanda müxalif düşüncəli insanların, xüsusən mühacirətdə yaşayan müsavatçıların ölkəyə dönüşü zamanı həbs təhlükəsinin olduğu bir zamanda (Litva dövlətində siyasi mühacir kimi oturum almış Azad Həsənovun Bakıya xəstə atasını ziyarətə gələrkən şərlənərək həbs edilməsi buna sübutdur) Hikmət İlyas oğlu Kazımlının Azərbaycana qaytarılması onun və ailə üzvlərinin normal həyat sürməsinə etimad yaratmır”.

Bu arayış lap təzədir. Gülağa Aslanlının atdığı imza yeni quruyub. Bu ilin aprel ayında yazılmış “sənəd”ə görə 2014-ci ildə partiyaya üzvü olduğu göstərilən H. Kazımlının təzyiqlərə məruz qala biləcəyi qeyd olunur. Birincisi, 2015-ci ildən bu vaxta qədər ölkədə Müsavat Partiyası ilə bağlı elə bir ciddi hadisə baş verməyib ki, partiyanın sıravi bir üzvü hədəfdə olsun. Bu təhlükə nə vaxt və necə yarandı ki, cəmi 4 il bundan əvvəl partiyaya üzv olmuş şəxs ölkədən getməyə məcbur oldu.

Məsələnin digər və maraqlı tərəfi odur ki, bircə dəfə olsun belə polis təzyiqi, məhkəmə işi və ya hakimiyyət tərəfindən istənilən basqı ilə üzləşən müxalifətçi haqda internet resurslarında onlarla xəbərə rast gəlmək olur. Amma bu “təzyiq və təhdid”lərə görə ölkəni tərk etmək məcburiyyətində qalmış H. Kazımlı haqda google.com axtarış sistemi heç bir nəticə vermədi. Bir cümlə olsun belə, onun təzyirə məruz qalması haqda xəbər yoxdur. O zaman sual çıxır, partiya hansı əsasla üzvünün mühaciət etməsini əsaslandırıb? Bu əsaslandırmanın maddi dəyəri nə qədər olub?

Müsavat başqanı Arif Hacılının bu biznesin başında durması haqda iddialar elə ilk gündən səslənir. Jurnlist Yafəs Həsənov A. Hacılının imzaladığı “sənədlər”dən birini paylaşıb. Onun həmin sənəd haqda yazdıqlarını təqdim edirik:

Bu qәdәr hәngamәdәn sonra Gülağa Aslanlı yenә deyir ki, fakt qoyun. Bu qәdәr fakt yetәrli deyilmi?

Deyilsә, Arif Hacılının orijinal imzası, Müsavatın halalca möhürüylә “geydirmә siyasi mühacir”ә verilәn bir arayışı da paylaşıram. Bilirәm ki, bir yol tapıb, boyunlarından atmağa çalışacaqlar. Önәmli deyil, sadәcә mәlumatlanın. İçi saxta vә yalan mәlumatlarla dolu bir arayışdan gedir söhbәt.

Bu arayışı Arif Hacılı 2014-cü ildә Avropaya mühacirәtә getmәk istәyәn bir naxçıvanlıya verib. Hәlәlik adının üstündәn xәtt çәkib paylaşıram. Arayışda yazılıb ki, arayış verilәn “qәhrәman” MP Babәk rayon tәşkilatı gәnclәr özәyinin fәal üzvüdür. Birinci YALAN:

Müsavat Partiyası Naxçıvan MR әrzisindәki Tәşkilatların heç birindә gənclər özəyi olmayıb. Sadәcә arayış belә yazılıb ki, daha tәsirli görsәnsin.

Arayışın içәrisindәki “TӘZYİQӘ MӘRUZ QALIB”, “POLİS TӘQİBİ”, “mühacirәtә getmәyә mәcbur oldu” kimi digәr mәlumatlar da tam yalandı, şәxsin rahat siyasi mühacir status almasına hesablanıb. Bunları nәyә görә әminliklә yazıram?

Çünki mәn uzun müddәt Müsavatın Naxçıvan MR tәşkilatında rәhbәr postlarda olmuşam. Naxçıvanda elә bir müsavatçı fәal (yaxud azacıq fәal) yoxdur ki, indi dә tanımayım. Bütün tәzyiqә mәruz qalan müsavatçılar jurnalist olduğuma görә hәr zaman, anında, dәrhal mәnә mәlumat verirdilәr ki, işıqlandırım. Bu 2015-ci ilә kimi belә davam edib. Kimlәrin tәzyiqә mәruz qala bilәcәyini indi dә әzbәr bilirәm. Arayışda yazılana inansaq bu şәxs 2008-ci ildәn partiya üzvüdür. Hәqiqәtәn tәzyiqlә üzlәşәn belә bir fәalı mәnim tanımamam mümkünsüzdü.

Qәti әminliklә deyirәm ki, hansısa siyasi fәal olan naxçıvanlı müsavatçı indiyә kimi mühacirәtә gәlmәyib. Kimliyindәn asılı olmayaraq. Әgәr belә bir şәxs olsa mütlәq mәn tanıyardım.

Arif Hacılının arayış verdiyi bu şәxsi isә mәn qәtiyyәn tanımıram. Harada, necә, hansı mәqsәdlә müsavatçı edilib, bu arayış yazılıb, özlәri cavab versin.

Arayışda adı çәkilәn şәxs heç vaxt Naxçıvanda müsavatçı olmayıb. Olsa da belә Bakıdakı qәrargahdakı arxivә saxta yolla, köhnә tarixә “oformıt” edilib. Yaxud da, heç onu da etmәyiblәr.

Bu yaxınlarda Arif Hacılıgil güya şәffaflıq mәqsәdiylә mәlumat yaydılar ki, son 5 ildә 197 әdәd arayış veriblәr. Ancaq arayış alanların kimliklәri haqda mәlumatı ciddi-cәhdlә gizlәdirlәr.

Araşdırmalarımıza görә bu rәqәm әslindә dәfәlәrlә artıqdır. Bundan әlavә böyük әksәriyyәt arayışların içәrisindәki mәlumatlatlar bax, paylaşdığım arayışdakı mәlumatlar kimi saxtadır. Elә buna görә arayış sahiblәrinin kimliklәrini paylaşmırlar. Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr. Bax, buna görә. Etmәyin, demәsinlәr.

Arayışda adı keçәn şәxs, 2014-cü ildә Avropa ölkәlәrinin birinә mühacirәtә gedib. Haqqında mәnfi qәrar çıxarılıb, siyasi status ala bilmәyib. Yәni arayışdakı yalan mәlumatlar belә ona kömәk etmәyib.

Başqa bir sənəd isə Müsavat AKM-in biznes layihənin davamı olaraq müştərilərə təşkilatın üzvlük vəsiqəsinin verilməsi ilə bağlıdır. Vəsiqələri AKM-in sədri İlham Həsən imzalayıb. Almaniyada nə qədər azərbaycanlıda bu vəsiqədən olduğu bəlli deyil. Bəlli olan odur ki, yayılan son məlumatlara görə, Alman hökuməti Müsavat Partiyasına stop qoyub. Bildirilir ki, bir neçə aydır bu partiyadan mühacirət üçün müraciət edənlərin tamamı mənfi cavab alıb. Davamında isə genişmiqyaslı araşdırmalar başlayıb ki, bunu da bilirsiniz. Nəticə nə olacaq, bunu da yaxın zamanda görəcəyik… /Yeni Sabah/

www.yenicag.az

1155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv