“Mühacir biznesi”nin mövcudluğu neçə il əvvəldən məlum idi…” – Tahir Kərimli

“Rəsul Quliyevin bu qəzəbi müxalifət daxilində özünü qəbul etdirə bilməməsi ilə bağlıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son bir həftədə gündəmin əsas mövzularından birinə çevrilən “mühacir biznesi” ilə bağlı Müsavat Partiyasının başqanı Arıf Hacılıya yönəlik istefa çağırışlarına münasibət bildirən millət vəkili Tahir Kərimli deyib.

Tahir Kərimlinin sözlərinə görə, bu məsələ ilə bağlı hərtərəfli araşdırmalardan sonra hüquqi müstəvisində atılası addımları müəyyənləşdirmək olar:

“Açığını desək, “mühacir bisnesi” haqda məlumatlar neçə il əvvəldən yayılırdı və bu barədə çoxları bilirdi.

İndi isə bu məsələ ilə bağlı konkret ittihamlar səsləndirilir və Müsavat Partiyası saxta arayış verməkdəı suçlanır. Sözüsüz ki, olduqca xoşagəlməz vəziyyətdir.

Ancaq deməliyəm ki, bütün hallarda hərtərəfli araşdırmalar aparılmalı və bundan sonra hüquqi planda atılası addımlar müəyyənləşməlidir.

Bir sıra suyasətçi, jurnalist və ictimai fəalların Arif Hacılını istefaya çağırmasını da təbbi qarşılayıram. Çünki bu, həqiqətən də, biabırçılıqdır.

O ki qaldı, Rəsul Quliyevin də bu istefa tələblərinə qoşulmasına, onun yanaşması fərqlidir. Keçmiş spiker müxalifət daxilində özünü, öz ideyalarını qəbul etdirə bilmədiyi üçün qəzəblidir. Bu çağırış da həmin qəzəbdən irəli gəlir”.

A.Zeynalov

COP29