Mühacir qalmaqalı digər partiyalara sıçrayır

Müsavat Partiyası rəhbərliyinə qarşı mühacir ittihamları davam edir.

Yenicag.az xəbər verir ki, bu dəfə sədrliyə keçmiş namizəd Tofiq Yaqublu partiya rəhbərliyini saxta mühacir sənədi verməkdə ittiham edib. O deyib ki, Müsavat rəhbərliyi İdris Axundov Xaçmaz rayonunda polis zabiti olmuş şəxsə saxta vəsiqə verərək onun Almaniyaya köçməsinə kömək edib.

Halbuki bu şəxs törətdiyi ciddi maliyyə fırıldaqlarına görə barəsində cinayət işi qaldırılıb: “Adam Avropaya gəlib müsavatçı və AKM-in üzvü olub. AKM-in aksiyalarında iştirak edir. Buna baxmayaraq, onun qaynı Bəxtiyar Osmanov Xaçmaz rayonu İH-nin başçısının müavini vəzifəsində qalıb və işini davam etdirir. Bu, necə olur?”

Hazırda bələdiyyə seçkiləri kampaniyasının başladığı və eləcə də yaxın aylarda parlament seçkilərinin keçiriləcək, lakin bunun qarşılığında ölkənin ən böyük müxalifət partiyalarından biri hələ də “mühacir biznesi” ittihamlarından qurtula bilmir.

Bir qədər əvvəl Almaniya polisi bir neçə azərbaycanlını mühacir alveri itihamı ilə həbs edib. Bu qrupda Müsavat Partiyasının, eləcə də partiya rəhbərliyinin Almaniyada yaratdığı Müsavat Avropa Koordinasiya Mərkəzi (AKM) üzvlərinin də adı hallanır. Partiya rəhbərliyi isə bu ittihamları rədd etsə də, şübhələri aradan qaldıracaq əsaslı dəlillər ortaya qoya bilmir.

Müsavat Partiyası ilə yanaşı daha bir neçə siyasi partiya və müxalifət təşkilatının adı Avropada mühacir biznesində hallanır. Siyasi partiyalarda olan dəllallar cəmiyyəti siyasi mübarizə adı ilə aldadıb faktiki olaraq insan alveri hesab olunan mühacir biznesi ilə məşğul olub, pul qazanıb.