Mühacirətdə olan müxalif çeçenlər və ya onların qohumları Rusiyaya deportasiya olunacaqlar.
Yenicag.az xəbər veirir ki, bu barədə Türkiyə KİV-i vəkil Zeynep Ertekinə və Hüquqşünaslar və Hüquq Müdafiəçiləri Birliyinin sədri Enes Kafadara istinadən xəbər verir.
Bildirilir ki, Rusiya və Türkiyə təhlükəsizlik qüvvələri arasında razılıq əldə olunub.
Razılaşmalar nəticəsində çeçen müxalifətçilərin qohumlarının Türkiyədən Rusiyaya deportasiyası başlayacaq.
Hüquqşünaslar Türkiyənin bir çox çeçen ailələrinin yaşamaq icazəsini heç bir izahat olmadan birtərəfli qaydada ləğv etdiyini və son günlər çeçen müxalifətçilərin 30-a yaxın qohumunun deportasiya mərkəzlərinə aparıldığını bildiriblər.
Xuraman Etibarlı