!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mühacirlər arasında danos qalmaqalı

!Reklam – Yazi

1511908_866384883376642_8104120198915398836_nQabil Rzayev Yeganə Əmiraslanovanı “satıb”

Dünya Azərbaycanlıları Milli Birlik Şurası Azərbaycanda Demokratik Qüvvələrin təsis etdiyi Milli Şuradan təxminən bir ay öncə təsis olunmuşdu. Əsas məqsəd xaricdə yaşayan azərbaycanlıların seçkiqabağı təşkilatlanması, Azərbaycandakı demokratik qüvvələrə dəstək, seçki mühiti ilə bağlı beynəlxalq qurumları məlumatlandırmaq idi.

Ümumi razılaşma yolu ilə İsveçrədə sığnacaq almış Qabil Rzayev sədr seçildi.

Yarandığı vaxtdan təşkilatın İdarə Heyəti internet üzərindən həftədə ən azı bir dəfə toplantılar keçirir, Azərbaycanın ictimai-siyasi mühitində baş verən hadisələr müzakirə olunur və lazımi qərarlar qəbul edilirdi.

Ötən ilin avqust ayından təşkilatda baş verən biabırçılıqlarla bağlı mətbuatda məlumatların getməməsi üçün ümumilikdə qərar qəbul etmişdik. Baxmayaraq ki, kifayət qədər ciddi olaylar baş vermişdi, lakin buna baxmayaraq bu günə qədər hamılıqla sözümüzə əməl etdik.

Qabil Rzayevin ötən ilin avqust ayında İdarə Heyətinin qərarı olmadan Moskvaya səfər etməsi, orada təşkilatın Rusiya nümayəndəliyinin təsis konfransını keçirməsi, müxtəlif səviyyədə görüşlər və toplantılar düzənləməsini mətbuatdan öyrəndik. Onun Moskvada vəzifə səlahiyyətlərini aşaraq ciddi qanun pozuntularına yol verməsi barədə (ayrıntılara lüzum görmürük, ən azından hələlik) İdarə Heyəti üzvlərinə məlumatlar çatmışdı.

İdarə Heyəti bütün bu olayları araşdırmaq məqsədilə Əli Hacılı, Elxan Əlibəyli, Yeganə Əmiraslanova, Surxan Lətifovdan ibarət Nəzarət Təftiş Komissiyası yaratdı.

Komissiya üzvlərinin tələbinə əsasən üç gün ərzində münaqişə edən hər iki tərəf-təşkilatın Moskva nümayəndəsi Qalib Hüseynov və Qabil Rzayevdən baş verən olayların təfərrüatı yazılı şəkildə alınaraq müzakirə olundu və İH üzvlərinə nəticə-hesabat verildi.

 

NTK üzvlərinin hesabatından məlum olurdu ki, baş verənlərdə birbaşa olaraq Gabil Rzayev səbəbkardı. Məhz onun özbaşına qəbul etdiyi qərarlar ucbatından Moskvada kritik vəziyyət yaranıb. NTK-nın hesabatı müzakirə olunan gün Rusiya nümayəndəsi Qalib Hüseynov, Moskvadan olan İH-nin üzvü Ehtiram Dəmirov və sədr Qabil Rzayevin səsli hesabatları bir daha dinlənildi və nəticədə NTK-nın qərarı təsdiqləndi. Bu arada Yeganə Əmiraslanova söz alıb dedi ki, Qabil Rzayev gündüz ona övladlarının yanında zəng edərək axşam İH-nin iclasında onu müdafiə etməsini tələb etmiş, əks təqdirdə onun haqqında Alman Hökümətinə olumsuz məktub yazacağı, onun Avropada oturum almasına imkan verməyəcəyi ilə hədələyib. Gözlənilən olmasa da Qabil Rzayev Yeganə Əmiraslanovanın şəxsiyyəti, onun Azərbaycanın ictimai-siyasi həyatındakı əhəmiyyətli fəaliyyəti barədə geniş danışdıqdan sonra çıxışını konkret olaraq bu sonluqla bitirdi: “Yeganə xanımdan hamınızın hüzurunda üzr istəyirəm. Mən əsəbi olduğumdan o sözləri demişəm. Lakin mən heç vaxt belə nadürüst, nakişi hərəkət etmərəm. Mənim əcdadımda belə nakişilik olmaz. Yeganə xanımın övladları mənim yeyənlərimdi. Ən qısa zamanda ailəmlə birlikdə onları ziyarət edəcəm”.

 

Necə deyərlər, olan olmuşdu artıq. İH üzvləri Qabil Rzayevin istefasını və Moskvadakı öhdəliklərini ən qısa zamanda yerinə yetirməsi tələbini qoysa da o israrlı şəkildə təşkilatdan getməyəcəyini və heç bir öhdəlinin olmadığını bildirdi. Və…belə olan halda təşkilatda kütləvi istefalar baş verdi. İH üzvləri Sədiyar Zeynalov, Əli Hacılı, Ataxan Əbilov, Telman Məcidoğlu, İlkin Əlirzayev, Qalib Hüseynov, Ehtiram Dəmirov, Elxan Əlibəyli, Yeganə Əmiraslanova, Bəhruz Əliyev təşkilatı tərk etdi bununla da təşkilat faktiki olaraq fəaliyyətini dayandırmış oldu.

 

Təəssüf hissi ilə bildiririk ki, bu yaxınlarda bizə məlum olub ki, Qabil Rzayev Yeganə Əmiraslanova ilə baglı qərəzli hərəkətini əslində həyata keçirib. Alman Hökümətinə Yeganə Əmiraslanova ilə bağlı iftiralarla dolu məktub yazan bu şəxsin Azərbaycan kişisinə yaraşmayan hərəkətini qətiyyətlə pisləyirik. Onun haqqı deyən bu qədər kişinin arasından bir qadını hədəf seçməsi şəxsiyyətinin açıq göstəricisidir.

 

Nə yazıq ki, saxta mənəviyyat sahibi olan bu şəxs utanmadan hələ də şəxsi facebook səhifəsindəki sərsəmləmələrində başqalarına çamur atmaqda davam edir, dedi-qodu ilə məşğul olur. Biz bəyan edirik ki, Qabil Rzayevin Avropa Azərbaycanlıları Milli Birlik Şurası adından söz deməyə haqqı yoxdu.

 

Yeganə Əmiraslanovanın Azərbaycandakı aktiv siyasi fəaliyyəti, mövcud iqtidara, diktatura rejiminə qarşı kəskin mövqeyi hamımıza bəllidi.

 

Qabil Rzayevin Alman hökümətinə yazdığı məktub şəxsi qərəz xarakterli iftira və böhtandır.

 

İmzalar:

İsa Sadıqov

Mirzə Xəzər

Sədiyar Zeynalov

Əli Hacılı

Ataxan Əbilov

Telman Məcidoğlu

İlkin Əlirzayev

Qalib Hüseynov

Ehtiram Dəmirov

Elxan Əlibəyli

Yeganə Əmiraslanova

Bəhruz Əliyev

www.yenicag.az

1053
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv