!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mühafizə polisinin avtomobili qəzaya düşdü - Mingəçevirdə

!Reklam – Yazi

Mingəçevir şəhərində sükan arxasında səhhəti pisləşən sürücü qəza törədib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai küçəsində baş verib.

Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəf Vidadi oğlu Abdullayev “VAZ-2108” markalı avtomobillə hərəkətdə olarkən qəfil keçirdiyi qıcolma (sudurğa) səbəbindən idarəetməni itirib. Nəticədə maşın əks istiqamətdə hərəkətdə olan və Mingəçevir Şəhər Mühafizə Polisinə məxsus “VAZ-2106” markalı avtomobillə toqquşub.

Hadisə zamanı N. Abdullayev xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv