Mühafizəçi işlədiyi şirkətdə özünü asdı

139859_res_01Bu gün Bakıda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, saat 06:50 radələrində Səbail rayonu, Salyan sossesi 12 ünvanında yerləşən “VER” şirkətində mühafizəşi işləyən 1975-ci il təvəllüdlü Heybətov Namiq Arif oğlu özünü asaraq intihar edib.

Xətai rayon sakini olan N.Heybətov işlədiyi şirkətin həyətində olan kranın qarmağından özünü asıb. Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.