!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Müharibədən danışmaq hadisələrdən xəbərsiz olmaq deməkdir" - Genişmiqyaslı hərbi əməliyyatların başlanması iddiasına MÜNASİBƏT

!Reklam – Yazi

Dağlıq Qarabağda genişmiqyaslı hərbi münaqişə baş verə bilər.

ABŞ milli kəşfiyyatının direktoru Deniel Kouts tərəfindən Senata təqdim olunmuş “Dünya üzrə təhdidlərin qiymətləndirilməsi” adlı hesabatda bildirilir ki, hər iki tərəfin kompromisə getmək istəməməsi, kənardan təzyiqin güclənməsi, Azərbaycanın stabil hərbi modernizasiyası və Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

ABŞ milli kəşfiyyatının direktorunun hesabatında diqqətçəkən məqamlardan biri də Rusiyanın Ermənistana dəstək vermək üçün münaqişəyə qoşula bilmək fikridir.

ABŞ milli kəşfiyyatının direktorunun hesabatında səsləndirilən fikirlərə politoloq İlqar Vəlizadə Yenicag.az-da münasibət bildirib: 

“Genişmiqaslı hərbi əməliyyatlar üçün bütün imkanlar və şərait var. Bir neçə ildir ki, genişmiqyaslı əməliyyatların keçiriləcəyi gözlənilir. Bunu bilmək üçün ABŞ milli kəşfiyyatının direktoru olmaq lazım deyil”.

Koutsun bu açıqlamasının məhz ATƏT-in Minsk qrupunun fəallaşması, Rusiya, Azərbaycan və Ermənistandakı prezident seçkiləri ərəfəsinə təsadüf etməsinə gəldikdə isə politoloq bildirdi ki, bu, ABŞ-ın bölgə ilə bağlı maraqlarından qaynaqlanır:

“Bölgə hərbi baxımdan gərgin olsa da, siyasi baxımdan sakitçilikdi. Yaxın həftələr və aylar ərzində hərbi əməliyyatlardan danışmaq olmaz. Hər 3 ölkədə siyasi kampaniyalar dominantlıq təşkil edir”.

Adıçəkilən ölkələrdə prezident seçkiləri bitdikdən sonra hərbi əməliyatların başlaya biləcəyi ehtimalına gəlincə, İlqar Vəlizadə qeyd edib ki, buna birmənalı yanaşmaq olmaz:

“Danışıqlar prosesində müsbət elementlər var. Əgər danışıqlarda müsbət nəticələr olarsa, müharibə ehtimalı xeyli azalacaq. Əgər tərəflər gündəlikdə olan məsələləri rədd eləsələr, o zaman ortaya hərbi əməliyyat prespektivi çıxacaq. Aprel ayının sonuna və may ayına qədər müharibə barədə danışmaq və düşünmək hadisələrdən xəbərsiz olmaq deməkdir”.

Səxavət Məmməd

www.yenicag.az

1770
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv