Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Müharibə başlaya bilər? – Ekspert rəyi

muhaErmənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindəki təxribatları davam edir. Bu ilin iyun ayında cəhbədə gərginlik yaratmaq istəyən ermənilərə sarsıdıcı zərbə vurulduqdan sonra Ermənistan Silahlı Qüvvələri geri cəkildi. Noyabrın 12-də yenidən təxribata əl atmaq istəyən Ermənistan Hərbi Hava Qüvvələrinə aid Mi-24 tipli hərbi vertolyotu Azərbaycan silahlı qüvvələri tərəfindən vuruldu. Ermənistan Ordusuna məxsus hərbi vertalyotun vurulması dünya mətbuatının da diqqətini cəkdi.Vertolyotun vurulması aktiv hərbi əməliyyatlara başlamaq üçün bəhanə ola bilərmi? Bu sualla hərbi ekspert  Üzeyir Cəfərova müraciət etdik.

“Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində vurulan erməni hərbi vertolyotu ilə bağlı gözlənilən ajiotaj hələ də davam etməkdədir. Demək olar ki, bütün media orqanları bu hadisə ilə bağlı fikir və mülahizələri dərc edib və çoxsaylı məlumatlar arasında ən çox diqqətçəkən məqam ondan ibarətdir ki, insanları bir sual düşündürür: bu hadisə genişmiqyaslı döyüş əməliyyatlarına, yəni müharibəyə səbəb ola bilərmi? Nəzəri cəhətdən hər şey ola bilər. Amma, hadisələrin real təhlili və obyektiv, subyektiv məsələləri götür-qoy edəndə, şəxsi qənaətimə görə müharibə olma ehtimalı çox aşağıdır və fikirləşmirəm ki, bu olsun. Elə dünən oşğalçı dövlətin başçısı Serj Sarkisyan da bəyan etdi ki, baxmayaraq ki, onlar böyük itkiyə məruz qalıblar, müharibə olacaqlarını düşünmürlər. Mən də elə fikirləşirəm ki, artıq Ermənistan siyasi və hərbi rəhbərliyi başa düşməyə başlayıb ki, Azərbaycan ordusunun onların hoqqabazlıqlarına dözmək fikri yoxdur. Bu proses bundan sonra da belə davam edəcək. Yəni, işğalçı hərəkətlərinə səd qoymazsa, işğalda olan əraziləri boşaltmağı düşünməzsə, onların vəziyyəti heç də ürəkaçan olmayacaq”.

Kamran/Yenicag.az

www.yenicag.az

409