!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Müharibə dövründə kiberhücumların qarşısı müvəffəqiyyətlə alınıb" - Əhməd İsmayılov

!Reklam – Yazi

“İnformasiya bilgilərinin artırılması, eyni zamanda, “Dövlət sirri haqqında” qanunun tələblərinə riayət olunması həm jurnalistlərin, həm də sosial şəbəkə istifadəçilərinin vəzifəsidir”.

Yenicag.az xəbər verir ki, bunu Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində hibrid müharibə kimi yeni termin və anlayışların ənənəvi müharibəyə təsirlərinə toxunan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib.

O, bildirib ki, müasir dövrümüzdə xüsusi texnologiyaların köməyi ilə dövlətlərin ordusuna və əhalisinə təsir göstərmək imkanları əlçatandır:

“Düşmənin psixoloji təsirindən etibarlı qorunmaq informasiya müharibəsində önəmli vəzifə sayılır. Müharibə dövründə dövlətimizin informasiya resurslarına çoxsaylı kiberhücumlar təşkil edilib, lakin bu hücumların qarşısı müvəffəqiyyətlə alınıb. Bu, onu göstərir ki, informasiya müasir münaqişələr və müharibələr dövründə yetərincə böyük rol oynayır və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Bu baxımdan düşmənin informasiya hücumlarının qarşısının alınması üçün sistemli iş aparılmalı, İT mütəxəssisləri ilə müdafiə gücləndirməli, təhlükəsizlik tədbirləri davamlı olmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv