!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibə əlillərinə minik avtomobilləri verildi

!Reklam – Yazi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı 50 minik avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Yenicag.az xəbər verir ki, avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı tədbirləri gücləndirilib.

Onun sözlərinə görə, ötən il bu kateqoriyalardan olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib: “Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 60 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6714 mənzil şəhid ailələri və

Nazir müavini 2018-ci ildə müharibə əlillərinə 265 minik avtomobilinin verildiyini xatırladıb. M. Kərimli qeyd edib ki, dövlət başçısının 18 mart 2019-cu il tarixli sərəncamı ilə müvafiq kateqoriyadan olan vətəndaşların avtomobillərlə təminatının gücləndirilməsi məqsədi ilə 5 milyon manat ayrılıb: “Bu da 2019-cu ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin, beləliklə, cari ildə nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan bu ilin ötən dövründə 200 avtomobil təqdim edilib. Bununla da indiyədək 6350-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib”.

www.yenicag.az

3995
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv