Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s” İsrailin A1 kredit reytinqinin azaldılması ehtimalını nəzərdən keçirir.
Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, “Moody’s”in yaydığı açıqlamada reytinq proqnozunun daha əvvəl sabit səviyyədə olduğu və araşdırmanın İsraillə Fələstin arasında gözlənilməz qarşıdurma fonunda başladığı vurğulanıb.
Açıqlamada bildirilir ki, İsrailin xarici və yerli valyuta üzrə uzunmüddətli “A1” kredit reytinqinin aşağı salınması ehtimalına baxılır.
Qeyd edilir ki, İsrailin kredit profilinin terror hücumlarına və hərbi toqquşmalara qarşı davamlı olduğu təsdiqlənsə də, indiki hərbi münaqişənin ciddiliyi onun daha uzun sürəcəyi və maliyyə-kredit reytinqinin yüksələcəyi anlamına gəlir.