“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin 1-ci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz şəkildə təmin edilir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri TƏBİB-in İcraçı Direktoru Vüqar Qurbanov Bakı Biznes Mərkəzində keçirilən “Elektron tibbi arayış xidmətinin təqdimatı” birifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tibbi arayışlar üçün tariflər müəyyən olunarkən tibbi xidmətlərin maya dəyəri, ixtisaslı həkim baxışı instrumental-labarator müayinələrin həcmi nəzərə alınır.
“İcbari Tibbi Sığorta layihəsi sosial yönümlü layihə olduğuna görə 18 yaşına qədər vətəndaşların, hərbi xidmətə çağırılanların, xüsusi müəssisələrdə, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sağlamlığı haqqında arayışlar, habelə övladlığa götürmə və himayədar ailə olma zamanı tələb olunan arayışlar icbari tibbi sığorta təminatına daxil edilməklə vətəndaşlara ödənişsiz əsaslarla təqdim edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz şəkildə təmin edilir”, – deyə o əlavə edib.
V.Qurbanov qeyd edib ki, arayışlar üçün tariflər müəyyən olunarkən tibbi xidmətlərin maya dəyəri, ixtisaslı həkim baxışı instrumental-labarator müayinələrin həcmi nəzərə alınır:
““Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə uyğun olaraq, sağlamlıq haqqında arayışın rüsumunun şəffaflığının artırılması, maliyyə intizamının gücləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması tarifləri çərçivəsində ödəniş terminalları vasitəsilə həyata keçirilir. Hər bir tibb müəssisəsində ödəniş terminalları quraşdırılır. Ödənişlər terminallar vasitəsilə həyata keçirilir”.
İsmayıl Bakuvi