Müharibə nəticəsində Ukraynada həlak olan uşaqların sayı açıqlandı

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı nəticəsində 318 uşaq həlak olub, 581-dən çoxu isə yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun saytında məlumat dərc olunub.

“2022-ci il iyunun 16-da səhərə olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 900-ə yaxın uşaq xəsarət alıb. 318 uşaq ölüb, 581-dən çoxu yaralanıb”, – məlumatda deyilir.