Şimali Koreya Pxenyanda qəzaya uğramış Cənubi Koreyaya məxsus pilotsuz təyyarənin qalıqlarını aşkar edib.
Yenicag.az “TASS”a istinadən xəbər verir ki, Şimali Koreya hakimiyyəti Pxenyan yaxınlığında pilotsuz təyyarələrin uçuşları ilə bağlı insidentlərdə Cənubi Koreya hərbçilərinin iştirakına dair sübutlar aşkar etdiklərini açıqlayıb
KXDR Milli Müdafiə Nazirliyinin (MMN) sözçüsü deyib ki, Baş Qərargah birləşmiş artilleriya bölmələrini və sərhəd yaxınlığında mühüm atəş vəzifələri olan bölmələri tam döyüş hazırlığında saxlamaq qərarına gəlib.
Sözçü əlavə edib ki, Baş Qərargah birləşmiş artilleriya və sərhəd yaxınlığında mühüm atəş vəzifələrini yerinə yetirən bölmələri tam döyüş hazırlığında saxlamaq qərarına gəlib.
KXDR MMN-dən yayılan məlumata görə, KXDR-in ərazisinin, havasının və sularının düşmən qüvvələri tərəfindən pozulması aşkar edilərsə, bu, ölkənin suverenliyinə qarşı ağır hərbi təxribat, müharibə elanı kimi qiymətləndiriləcək və cavab hücumu həyata keçiriləcək.
İsmayıl Bakuvi