“Müharibə Rusiya hərbi müdaxiləni dayandırdıqda yekunlaşacaq” – Böyük Britaniyanın səfiri

“Ukraynadan başqa heç bir ölkə müharibənin nə vaxt və necə yekunlaşacağına dair təklif verməməlidir”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons deyib.

Diplomatın sözlərinə görə, hazırda Rusiya-Ukrayna müharibəsində diqqəti cəlb edən əsas məqam tərəflərin bir-birinin gücünü tükəndirməyə çalışmasıdır:

“Burada ən böyük risk gözləntisi ondan ibarət idi ki, bu, tərəflər bir-birilərinin gücünü tükəndirməyə cəhd edəcəkləri müharibəyə çevriləcək.

Vəziyyət belə görünür. Bu o müharibədir ki, heç kimin görmək istəmədiyi kütləvi qırğın törədilir və mülki obyektlərə zərbələr endirilir.

Bununla belə, fikrimcə, Ukraynadan başqa heç bir ölkə müharibənin nə vaxt və necə yekunlaşacağına dair təklif verməməlidir.

Müharibə Rusiya hərbi müdaxiləni dayandırdıqda yekunlaşacaq və biz bu barədə dəfələrlə danışmışıq. Rusiya qoşunlarını çıxarır, öz sərhədlərinə qayıdır və müharibə başa çatır”.