Ukraynanın ikinci böyük şəhəri Xarkovda tikilməkdə olan ilk yeraltı orta məktəbin açılışı mart ayında keçiriləcək.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya sərhədindən təxminən 30 kilometr aralıda yerləşən Xarkov Sənaye Bölgəsindəki yeraltı məktəbin ventilyasiya və kanalizasiya sisteminin tamamlanma mərhələsində olduğu bildirilib.
Xarkov rəhbərliyi tələbələrin raket hücumlarına qarşı təhlükəsizliyini təmin etmək üçün aldığı qərarla 2023-cü il sentyabrın 1-dən metro stansiyalarını sinif otağı kimi istifadə edir.