Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Müharibə veteranına “mənə görə döyüşməmisən ki...” deyən icra başçısı həbs edilməlidir” - Araz Əlizadə

Reklam: High Technic

“Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün döyüşərək sağlamlığını itirən vətəndaşlarımız ən yüksək diqqətə layiqdirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bir sıra icra hakimiyyəti orqanları rəhbərlərinin Vətən Müharibəsi qazilərinə yolverilməz münasibətini tənqid edən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

ASDP sədrinin sözlərinə görə, keçmiş döyüşçülərin problemlərinə laqeyd yanaşan hakimiyyət təmsilçiləri sərt şəkildə cəzalandırılmalıdırlar:

“Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşən, bunun üçün canından və sağlamlığından keçən vətəndaşlarımız ən yüksək diqqətə layiqdirlər. Hansısa icra başçısının veteranlara qarşı saymazlığı, onların problemlərinə laqeyd yanaşması yolverilməzdir.

Ümumiyyətlə, müharibə veteranına “mənə görə döyüşməmisən ki…” deyən icra başçısı həbs edilməlidir, ən azı vəzifəsindən azad edilməlidir. Çünki hansısa icra başçısının veteranlara “yox” deməyə haqqı yoxdur”.

A.Zeynalov

www.yenicag.az

331
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100