Müharibədə həlledici faza və Avropanı gözləyən İĞTİŞAŞLAR – NATO-nun Baş katibi narahatdır

NATO-nun Baş katibi qarşıdan gələn qış aylarında yarana biləcək enerji böhranı vətəndaş qarşıdurması ehtimalını artırır.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynada davam edən savaşın həlledici fazaya daxil olduğunu deyərək alyansa üzv olan ölkələrlə bağlı xəbərdarlıq edib.

Stoltenberqin sözlərinə görə, qış aylarında NATO ölkələrində elektrik enerjisi ilə təminatda ciddi problemlər yarana və belə bir şəraitdə vətəndaş qarşıdurması ehtimalı artaca bilər:

“Bizim birlik və həmrəyliyimiz ciddi sınaq qarşısındadır. Çünki Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində ailələr və müəssisələr enerji daşıyıcılarının qiymətində və yaşayış minimumunda qiymətlərin kəskin artması ilə üz-üzədirlər.

Ukraynanın və bizim gələcəyimiz naminə “qış müharibəsi”nə hazır olmalı və möhkəm dayanmalıyıq”.