Rusiya ordusu Ukraynada 440 uşağın həyatına son qoyub.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
“Rusiya Federasiyasının 9 aylıq genişmiqyaslı silahlı hücumu zamanı Ukraynada 1287-dən çox uşaq xəsarət alıb.Noyabrın 24-də səhər saatlarına olan məlumata görə, 440 uşaq ölüb, 847-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – məlumatda deyilir.