İşğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkar edilib.
Yenicag.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, indiyə kimi Xocalıda 613 nəfər qətlə yetirilib: “Torpaqlarımız işğaldan azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur. Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 200-ü keçib. İşğaldan azad olunmuş ərazilərdə 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin taleyi aydınlaşacaq”.
E.Səmədov eyni zamanda yaxın vaxtlarda yenidən itkin ailələrinə və ictimaiyyətə itkinlərin taleyi barədə məlumat veriləcəyini söyləyib.
Qeyd edək ki, fevralın 23-də Xocalı rayonunda kütləvi məzarlıq aşkarlanıb.