Yenicag.az xəbər verir ki, bu bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, bu münaqişə dağıntılara və insan tələfatına səbəb olub: “Düşünürəm ki, bu müharibəni bitirmək gücüm var və bu proses çox yaxşı gedir. Amma bu gün eşitdim ki, onlar deyir: bizi dəvət etmədilər. Yaxşı, üç ildir ki, oradasınız. Siz müharibəyə son verməli idiniz.
Ümumiyyətlə sən müharibəyə heç başlamamalıydın. Razılaşa bilərdin. Mən Ukrayna üçün müqavilə bağlaya bilərdim”.