!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibənin Azərbaycan iqtisadiyyatına TƏSİRİ: Müsbət və mənfi tərəflər - İqtisadçının ŞƏRHİ

!Reklam – Yazi

“Rusiyada baş verən proseslər Azərbaycanın iqtisadi imkanlarını artırır”.

Bu fikirləri regionda və bütövlükdə dünyada formalaşan yeni düzənin Azərbaycanın geoiqtisadi mövqeyinə təsirlərini dəyərləndirən iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, Rusiya və Ukrayna arasında gedən siyasi böhranın Azərbaycanın iqtisadiyyatına mənfi və müsbət təsirləri qaçılmazdır:

“Mənfi təsirlərdən biri budur ki, Rusiyada yaşayan çoxsaylı həmyerlilərimizin iqtisadi vəziyyəti çətinləşəcək. Nəticədə həmin insanların hər il Azərbaycanda yaşayan ailələrinə göndərdikləri vəsait azalacaq. Digər mənfi təsir əmlak bazarı ilə bağlıdır. Çünki Rusiyada yaşayan insanların çoxu ölkəmizdəki əmlaklarını satışa çıxaracaqlar. Bundan başqa, ölkəmizin ərzaq təminatı, buğda və dənli bitkilər idxalında çətinlik yaşanacaq və ya qiymət artımı olacaq. Eyni zamanda, əksər tikinti materialları, ağac məhsulları, gübrələr və avtomobil hissələrinin idxalında problemlər ola bilər. Hətta Rusiya avtomobillərinin qiyməti də bahalaşa bilər. Ölkəmizdəki sahibkarların Rusiyaya ixrac etdiyi kənd təsərrüfatı məhsulları ilə bağlı problemlər yarana bilər. Bu, sahibkarların fəaliyyətinə mənfi təsir edəcək.

Müsbət təsirlərə gəlincə, ölkəmizin dünya bazarında enerji təminatçısı kimi nüfuzu artmaqdadır. Bu fonda Avropa və ABŞ ilə iqtisadi əlaqələr artır. Çünki Avropa Azərbaycanı enerji təminatında bir vasitəçi kimi nəzərdən keçirir. Digər tərəfdən müəyyən nəqliyyat xəttlərinin ölkəmizdən keçməsi artıq qaçılmaz faktdır. Bu vəziyyət dövlət büdcəsini əlavə valyuta axını ilə təmin edə bilər.

Mövcud vəziyyət ölkəmizin turizm potensialına da təsirsiz ötüşməyəcək. Rusiyaya tətbiq olunan sanksiyalar fonunda vətəndaşlarının bir sıra ölkələrə turist kimi getməsində çətinliklər yaşanacaq. Ona görə də yay aylarında rusların Azərbaycana səfərinin artması gözləniləndir. Bu, turizm sənayesinin inkişafına müsbət təsir edəcək. Bir sözlə, Rusiyada baş verən proseslər Azərbaycanın iqtisadi imkanlarını artırır”.

Gülşən Şərif

www.yenicag.az

1074
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv