!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibənin bitməsinə son 24 SAAT? – “Rusiyanın tələbləri var”

!Reklam – Yazi

“Trampın müharibəni dayandırmaq imkanları Baydenlə müqayisədə daha çoxdur”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin yeni prezidenti seçilən Donald Trampın Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı ata biləcəyi addımları qiymətləndirən politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, 24 saat ərzində Ukrayna məsələsini həll edəcəyi ilə bağlı səsləndirilən vədlər təbii olaraq seçkiqabağı reytinqə təsir edib:

“Yəqin, bundan sonra da belə vədlər veriləcək. Ancaq reallaşdırılması çox çətindir. Maraqlı sual yaranır: Tramp müharibəni necə dayandıracaq?

İlk olaraq nəzərə alınmalı məqam tərəflərin mövqelərinin bir-birindən kəskin şəkildə fərqlənməsidir. Rusiyanın qəti olaraq tələbləri var. Həmçinin Rusiya Prezidenti Vladimir Putin sonuncu dəfə nəzarətə götürülən dörd vilayətin qalan hissəsindən Ukrayna qoşunlarının çıxarılmalı, əlavə olaraq bütünlükdə Krımla bərabər bu ərazilərin Rusiyaya verilməli olduğunu, Ukraynanın neytral mövqe tutmasını və sanksiyaların götürülməsi tələbini irəli sürdü. Bəs Ukraynanın bunları qəbul etməsi mümkündürmü?”

Analitik əmindir ki, Kiyev təzyiqlər nəticəsində buna məcbur qala bilər:

“Ancaq 24 saat ərzində belə nəticə qeyri-mümkündür. Eyni zamanda, Rusiyaya təzyiq göstərib Ukraynanın tələblərini qəbul etməyə məcbur etmək də qeyri-mümkündür. Əgər təzyiq olacaqsa, bu, Ukraynaya yönələcək. Trampın müharibəni dayandırmaq imkanları Baydenlə müqayisədə daha çoxdur. Yəqin ki, sülh istiqamətində müəyyən addımlar atılacaq. 2025-ci ildə Rusiya və Ukrayna arasında sülh sazişinin imzalanması mümkün ola bilər. Ancaq dəqiq olaraq bu 24 saat ərzində dəqiq baş verməyəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv