!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müharibənin ilk günlərində əsas silahımız “Bayraktar”lar və minalar idi” – Ukrayna HDQ-nin komandanı

!Reklam – Yazi

“Mənəvi cəhətdən hazır idik, taktiki gəmi qrupları artıq dənizdə xidmətə başlamışdılar”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın hərbi təcavüzə başladığı ilk günlərdə görülən cavab tədbirlərindən danışan Ukrayna Hərbi-Dəniz Qüvvələrinin (HDQ) komandanı, vitse-admiral Aleksey Neijpapa deyib.

Komandanın sözlərinə görə, müharibənin ilk günlərində hərbi donanmanın əsas silahları “Bayraktar” PUA-ları və minalar olub:

“Ölkənin dəniz sahillərini qorumaq üçün ilk istifadə etdiyimiz əsas silahlar “Bayraktar” PUA-ları və gəmi əleyhinə minalar oldu.

Ancaq biz mənəvi cəhətdən hazır idik, hərbi gəmilərimiz yerləşdikləri bazalardan çıxarılmışdılar və taktiki gəmi qrupları artıq dənizdə xidmətə başlamışdılar.

Sahil zolağında yaradılan artilleriya qrupları isə texniki kəşfiyyat bölmələri ilə əlaqəli şəkildə işləyərək düşmənin suüstü hədəflərini aşkarlayırdılar”.

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv