“Müharibənin illər boyu davam etməsini istəmirik” – Zelenski

“Ukrayna müharibəni uzatmaq istəmir”. 

Yenicag.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Biz bunun illər boyu davam etməsini istəmirik”, – o qeyd edib.

Prezident əlavə edib ki, nizamlanma planı bir neçə ay ərzində masaya qoyulmalıdır.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

COP29