Şimali Atlantika bloku ilə Rusiyanı bir araya gətirən bütün “bağ”lar qoparılıb.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Qruşko tərəflər arasında əməkdaşlığın dayandırılmasına görə NATO-nu günahkar çıxarıb:
“Hal-hazırda Rusiya və NATO arasında istər mülki, istərsə də hərbi sahədə hər hansı əməkdaşlıq mövcud deyil.
NATO-nun münasibətlərdə yaranmış bu böhranlı vəziyyətdən çıxmaq planı yoxdur. Ümid edirəm ki, tərəflər hərbi toqquşmadan yayına biləcəklər. Əks halda, bu, bütün bəşəriyyət üçün faciə olacaq”.