Ukraynanın Sumı vilayətindən dünən 20 min sakin təxliyyə edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Poltava vilayəti hərbi administrasiyasının rəhbəri Dimitri Lunin məlumat verib.
O qeyd edib ki, artıq Sumı və Trostyanetsdan avtobuslar Lubnıya çatır. Oradan isə insanlar dəmir yolu ilə Ukraynanın qərbinə aparılır.
Xatırladaq ki, Sumı şəhəri Rusiya ilə sərhəddə yerləşir və burada müharibənin ilk günündən döyüşlər gedir. Şəhərin artıq bir neçə gündür mühasirədə qaldığı bildirilir.