“Muhteşem Yüzyıl”ın aktyoru həbs olundu – Narkotikə görə

Türkiyənin ən çox izlənilən seriallarından olan “Muhteşem Yüzyıl”da “Behram Paşa” xarakterini canlandıran aktyor Adnan Koç həbs olunub.

Yenicag.az xəbər verir ki, o, “Esaretim Sensin” serialında “Emir Ağa” rolunu canlandıran aktyor Mehmet Hayri ilə birlikdə polis tərəfindən təşkil olunan narkotik əməliyyatı zamanı saxlanılıb.

Koçun üzərinə baxış zamanı ondan kokain götürülüb. Bundan başqa Adnan Koçun 3 qardaşı və bir dostu da saxlanılıb.

İddiaya görə, aktyor və yaxınları Sinan B. adlı şəxsdən narkotik maddə alan zaman polisə yaxlanıblar.

Faktla bağlı araşdırma başlanıb.