Mülkə görə bacı və qardaşını bıçaqladı

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az məlumat verir ki, Nərimankənd kəndində qardaş öz bacısı – 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı və qardaşı – 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğluna bıçaqla xəsarət yetirib. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə münaqişə mülk mübahisəsi üstündə yaranıb.

Faktla bağlı araşdırma aparılır.