“Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları” təsdiq edilib.
Yenicag.az xəbər verir ki, Baş nazir Əli Əsəsdov bununla bağlı qərar imzalayıb.
Bu Qaydalar “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci, 10.3-cü maddələrinə və 10.13-cü maddəsinin birinci cümləsinə uyğun olaraq hazırlanıb və mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, o cümlədən təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, habelə onların dövlət qeydiyyatına alınması ilə bağlı tələbləri müəyyən edir.
Mülki hava limanları və (və ya) aerodromların sertifikatlaşdırılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.
Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarət Agentlik tərəfindən həyata keçirilir.