!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mülki əhalinin amansız QƏTLİ: İzyumda kütləvi məzarlıq aşkarlandı – FOTO

!Reklam – Yazi

Rusiya hərbçilərinin Ukraynanın Xarkov vilayətində qətlə yetirdiyi mülki sakinlərin kütləvi məzarlığı tapılıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında 445 mülki şəxsin məzarı müəyyən edilib.

Bu barədə məlumatı Ukrayna Milli Polisinin rəisi İqor Klimenko açıqlayıb.

Onun sözlərinə görə, bu qədər sakin şəhərin Rusiya işğalında olduğu mart-sentyabr aylarında işğalçılar tərəfindən qətlə yetirilib.

Klimenko bildirib ki, aşkarlanan bəzi cəsədlər üzərində zorakılıq əlamətləri olub, onların bədən üzvlərinin kəsilməsi qeydə alınıb.

Polis rəisi əlavə edib ki, Rusiya işğalı dönəmində Xarkov vilayətində qətl edilmiş mülki sakinlərin tam sayını müəyyənləşdirmək üçün bir həftə vaxt lazımdır.

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv