“Müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların siyahısı” təsdiq edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların siyahısı aşağıdakı kimidir:
1. Mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqlar) və onların daxili avadanlıqları.
2. Metropolitenin xətləri, həmin xətlər üzərindəki və bu xətlərə bitişik stansiyalar, yol tunelləri, tunelətrafı qurğular və yeraltı əmlaklarla bilavasitə bağlı olan keçidlər.
3. Metropolitenin elektrik depolarının ərazisində yerləşən saxlamatəmir korpusları, təmir sexləri, emalatxanalar və vaqonları yuma və qurutma kameraları.
4. Metropolitenin idarəetmə məntəqələri (metro stansiyaları və tunellərin havalandırılması, elektrik enerjisi və su ilə təmin edilməsi, rabitə əlaqəsinin yaradılması, qatarların və eskalatorların hərəkətinin idarə olunması üzrə) və onların avadanlıq və qurğuları.
5. Metropolitenin həyat təminatlı obyektləri (elektrik yarımstansiyaları, ventilyasiya kameraları və şaxtaları, su təchizatı və kanalizasiya sistemləri, işarəvermə və rabitə qovşaqları, hermetik kip qapılar, bütün təxliyə keçidləri) və onların avadanlıq və qurğuları.
6. Metropolitenin sərnişin və təsərrüfat qatarları, motodrezin və digər rels nəqliyyatları, video-müşahidə və yanğından mühafizə sistemləri və avadanlıqları.
7. Mülki müdafiə vasitələri saхlanılan ixtisaslaşmış anbarlar.
8. Gеyim və nəqliyyat vasitələrinin zərərsizləşdirilməsi stansiyaları.
9. Avtomobil filtr stansiyaları.
10. Sanitar-təmizləmə məntəqələri.
11. Kimyəvi kəşfiyyat maşınları.
12. Avtoçiləyici stansiya maşınları.
13. Deqazasiya duş qurğuları və tüstü maşınları.
14. Səhra-kimya laboratoriya maşınları.
15. Səyyar su nasosları və pompaları.
16. Radioaktiv, kimyəvi və bioloji vasitələrdən mühafizə üçün nəzərdə tutulan respiratorlar.
17. Kimyəvi və bioloji zəhərləyici vasitələrdən mühafizə kostyumları.
18. Süzücü əleyhqazlar.
19. Süzücü əleyhqazlar üçün çantalar və qablar.
20. Süzücü əleyhqazlar üçün filtrlər.
21. İzoləedici (təcridedici) əleyhqazlar.
22. İzoləedici (təcridedici) əleyhqazlar üçün regenerativ patronlar.
23. İzoləedici (təcridedici) əleyhqazlar üçün əlavə hava balonları.
24. Uşaq mühafizə kameraları.
25. Karabinlə xilasetmə kəmərləri.
26. Meteokomplektlər (müxtəliftipli).
27. Hava ilə doldurulan motorlu qayıqlar.
28. Pnevmoçərçivəli modullar (çadırlar).
29. Əleyhqazların texniki yoxlanması üçün çadırlar.
30. Radiasiya kəşfiyyat və dozimetrik nəzarət cihazları.
31. Kimyəvi kəşfiyyat cihazları.
32. İndikator-siqnalizatorlar.
33. Qazanalizator-siqnalizatorlar.
34. Avtomatik qazosiqnalizatorlar.
35. Rentgenometr-radiometrlər.
36. Fərdi kimya əleyhinə paketlər.
37. Sirkulyar çağırış dayaqları.
38. Sirenlər.
39. Xərəklər.
Qərarda qeyd olunub ki, bu siyahı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.4.1-1- ci maddəsinin məqsədləri üçün hazırlanmışdır və əmlak vergisindən azad edilən mülki müdafiə təyinatlı əmlakları müəyyən edir.