Multfilm sənayesində rekord: “Maşa və Ayı”nın bu seriyasına 3 milyarddan çox istifadəçi baxıb – VİDEO
Çarx Yutub platformasının tarixində ən çox baxılanlar sırasına daxil olub.
Yenicag.az xəbər verir ki, məşhur Rusiya multserialı “Maşa və Ayı”nın bir seriyası Yutub sosial platformasında 3 milyard dəfə izlənərək, siyahıda 6-cı yeri tutub.
Məlumat üçün bildirək ki, Rusiyanın “Animakkord” studiyasının istehsalı olan multserial ilk dəfə 2009-cu ildə işıq üzü görüb, artıq dünya fenomeninə çevrilib: o, bütün qitələrdə satılaraq, böyük müvəffəqiyyət qazanıb.
Bu gün sözügedən multfilmə baxışların ümumi sayı 35 milyarddan çoxdur.
Zaur H.